Erməni əsgər atası: "Ermənistan ordusunda ömürlük həbs cəzası tətbiq edilməlidir"

2017/11/maxresdefault23423_1511862244.jpg
Oxunub: 404     18:09     28 Noyabr 2017    
Ermənistan ordusunda öldürülmüş kursantın atası günahkar şəxslərə bağışlanılma tətbiq edilmədən ömürlük həbs cəzası verilməsini istəyir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Vazgen Sarkisyan adına hərbi institutunda öldürülmüş kursant Haykaz Bağmanyanın istintaq işinin aparılmasının iki ili tamam olub.

Onun atası hələ də məhkəmələrdə övladının ölüm səbəbinin aşkarlanması və günahkar şəxslərin cəzalandırılmasına görə mübarizə aparmaqda davam edir.

Ölən kursantın atası Arkadi Barseğyan bildirib ki, bəzi vəkillər işin istintaqını çox uzadırlar.

"Heç bir səbəb olmadan məhkəmə iclaslarına gəlmirlər. İndi şahidlər dindirilir. Günahkar şəxslərə bağışlanılma tətbiq edilmədən ömürlük həbs cəzası verilsin. Təssüf ki, ölüm hökmü yoxdur", - deyə Barseğyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin