Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Eyni iddia ilə şübhəlilər Sanasar Qabrielyan 3 il müddətinə, Andranik Köçəryan 2 il sınaq müddətinə azadlıqdan məhrum ediliblər. Karen Köçəryan 2,6 il sınaq müddətinə, Jora Zakaryan 2 il sınaq müddətinə məhkum edilib. Armen Poqosyan 2 il müddətinə azadlıqdan məhrum edilməklə onun barəsində həbs qəti imkan tədbiri dəyişdirilməyib. Davit Harutunyan da 2 il sınaq müddətinə azadlıqdan məhrum edilib.
Qeyd etmək lazımdır ki, prokuror Samvel Babayanın 7 il həbs cəzasına məhkum olunmasını, Sanasar Qabrielyanın 4 il, Armen Poğosyanın 3 il, Karen Koçaryanın 3 il, Andranik Koçaryanın 2 il, Davit Harutyunyanın 2 il, Jora Zakaryanın 2 il müddətinə şərti azadlıqdan 3 il sınaq müddətinə məhrum edilməsini tələb etmişdi.
Alpər Mövludoğlu
Ordu.az