Hərbi Dəniz Qüvvələrində seminar keçirilir

2017/11/0a2d676003ec324234_1511855978.jpg
Oxunub: 2146     15:57     28 Noyabr 2017    
Hərbi Dəniz Qüvvələrində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” seminarı keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HDQ   Seminar  


Bizi "telegram"da izləyin