Rusiya pilotları CHD təlimlərində 2 min ədəd bomba atıblar

2017/11/10345435345_1511855231.jpeg
Oxunub: 412     15:44     28 Noyabr 2017    
Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Cənub Hərbi Dairəsində keçirilən təlimlər çərçivəsində 2000 ədəd bomba atıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Təlim çərçivəsində 50 uçuş həyata keçirilib. Pilotlar şərti düşmənin komandanlıq məntəqələrinə, hərbi sursat anbarlarına, zirehli texnika kolonlarına, həmçinin canlı qüvvəsinə qarşı hücumlar ediblər.

Nəticədə 2 min ədəddən çox aviasiya bombası atılıb.

Təlimlərdə Su-24M hücumçu bombardmançıları və Su-24MR kəşfiyyatçı təyyarələrindən istifadə olunub.

Bildirilir ki, bombalar 2 yüz metr yüksəklikdən atılıb. Təlim zamanı təyyarələr min kilometr/saatadək sürət yığıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-24M   CHD  


Bizi "telegram"da izləyin