Ermənistanda əsgərlərin naməlum məhkəmələri - Əsgər atası etiraz edir

2017/11/12_1511854208.jpg
Oxunub: 489     15:27     28 Noyabr 2017    
"Erməni məhkəmələrində hərbi qulluqçularla bağlı məhkəmə iclaslarının təxirə salınması adi hal alıb".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda qoşunların təmas xəttinin cənub istiqamətində bir il əvvəl idman məşqləri keçirilən ərazidə naməlum səbəblərdən ölmüş erməni əsgəri Hrant Qriqoryanın növbəti məhkəmə iclası təxirə salınıb.

Noyabrın 27-də yekun söz ilə ittihamçı prokuror çıxış etməli idi. Ancaq o, bu çıxışa hazırlıq üçün vaxt istəyib. Məhkəmə də bir ay vaxt verib.

"Erməni məhkəmələrində hərbi qulluqçularla bağlı məhkəmə iclaslarının təxirə salınması adi hal alıb. Artıq bir ildir davam edən məhkəmə istintaqının yekunu olaraq avqust ayında hökm oxunmalı idi. Ancaq məhkəmə istintaqını yenidən başladılar. İndi isə mümkün olduğu qədər təxirə salırlar. Günahkar şəxs bir ildən artıqdır həbsdədir, bir neçə il cəza verəcəklər və 3/1 hissəsini çəkərək çıxacaq", - deyə ölən erməni əsgərin atası Qavruş Qriqoryan bildirib.

Növbəti məhkəmə iclası 21 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, ölən erməni əsgəri Hrant Qriqoryanı döyməkdə, təhqir etməkdə ittiham edilən taqım komandiri V. Balayan həbs edilib. 1997-ci il təvəllüdlü Hrant Qriqoryanın 2016-cı il saat 10:45 radələrində hərbi hissənin idman şəhərciyində odlu silah yarası ilə meyiti aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Cinayət   Məhkəmə  


Bizi "telegram"da izləyin