Kərkükdə xüsusi əməliyyat nəticəsində 2 terrorçu məhv edilib

2017/11/546456_1511853474.jpg
Oxunub: 421     15:14     28 Noyabr 2017    
İraqın Kərkük şəhərində keçirilən xüsusi əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 2 üzvü məhv, daha 8 üzvü isə həbs edilib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İraqdakı hərbi mənbələr məlumat yayıb.

Əməliyyat şəhərin cənub-qərbində keçirilib. İraq təhlükəsizlik qüvvələri İŞİD-ə qarşı əməliyyatda peşəkarlıq nümayiş etdiriblər.

“İŞİD terrorçularının gizləndiyi hissələrə qarşı əməliyyat başlanıb, nəticədə terrorçular Qayidən şimala, əl-Zab regionuna doğru qaçıblar”, - deyə İraq KİV-ləri yazır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Kərkük  


Bizi "telegram"da izləyin