Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Ermənistanın Fövqəladə Hallar Nazirliyinə, İrəvanın Ayvazovski küçəsində yerləşən evlərindən birinin həyətində mərmi aşkarlanması ilə bağlı zəng daxil olub.
Məlumata görə, həmin ünvanda qəlpə yaraları alan şəxs Erebuni Tibb Mərkəzinə köçürülüb. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerində tank əleyhinə mərmi qəlpələri (4-5 ədəd) aşkarlanıb.
Alpər Mövludoğlu
Ordu.az