Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın cəzaçəkmə müəssisələrinin keçmiş rəisi, könüllü döyüşçü Muşeğ Sağatelyan bildirib.
Onun sözlərinə görə, hərbi-kriminal rejim daxilində ziddiyyətlər var, ancaq bütün bunlara baxmayaraq hakimiyyət vahid budaqdır. Parlament müxalifəti isə parçalanıb.
Baş nazirə qarşı yönəlmiş tənqidlər "Barkavac Hayastan" (Çiçəklənən Ermənistan) partiyasının Serj Sarkisyana dəstək verdiyi və 2018-ci ildə koalisiya hökumətinə daxil olmasından xəbər verirmi sualına Muşeğ Sağatelyan belə cavab verib:
“Tsarukyan bu sualla bağlı bəli və xeyr deyə bilməz. O nə edirsə, elə onu edir. Tsarukyanın 5 və ya 2 il bundan əvvəl koalisiya yaratamaq üçün daha geniş imkanları vardı. Ancaq mənim fikrimcə indi koalisiyaya daxil olmayacaq. Bu sadəcə siyasi oyundur. Vaxt qazanmaq istəyirlər ki, ziyan vurmasınlar".
Muşeğ Sağatelayan qeyd edib ki, bu gün Serj Sarkisyan ölkəni idarə etmir. Artıq o, gedib. Ölkəni onun yaratdığı mafiya klanı idarə edir, lakin bu mafiya klanı da artıq "əlil" olub.
Alpər Mövludoğlu
Ordu.az