Ermənistan ordusunda kapitan, gizir və əsgər işbirliyi - İntihara cəhd araşdırılır

2017/11/ermeni_023623423_1511783626.jpg
Oxunub: 518     19:51     27 Noyabr 2017    
Hərbi qulluqçunun özünəqəsd həddinə çatdırılması işində şübhəli də onun müstəntiq tərəfindən istiqamətləndirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən yayılan məlumatda qeyd edilib.

2017-ci il noyabrın 24-də Ermənistanın Sünik (Zəngəzur-red) vilayətinin ümumi yurisdiksiya məhkəməsində hərbi qulluqçu Qevorq Xaçatryanın özünəqəsd həddinə çatdırılması işi üzrə dəlil olan əşyalar araşdırılıb və şübhəlilər dindirilib.

Qaldırılmış cinayət işi çərçivəsində zastava (qarovul) rəisi kapitan Mher Voskanyana, zastava (qarovul) başçısı gizir Hovik Kələşyana, həmçinin müddətli xidmət hərbi qulluqçusu Harutyun Muradyana müxtəlif maddələr üzrə ittihamlar irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin