Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ay ərzində mühəndis-texniki heyətin mütəxəssisləri reqlament üzrə işlər həyata keçirərək Mi-24 zərbə helikopterlərini və Mi-8 desant-hücumçu helikopterlərini qış şəraitində istifadə etməyə hazırlayıblar.
Bu dövrdə gənc pilotlar təcrübəli təlimatçıların rəhbərliyi ilə Kabarda-Balkariyada dağlıq ərazidə yerləşən uçuş sınaqları mərkəzində sadə və çətin meteoşərtlərdə helikopterlərdən idarəçilik üzrə hazırlaşdırılıblar.
Xüsusi kursu bitirdikdən sonra hər pilot dağlıq şəraitində uçuş üçün icazə əldə edib.
Ordu.az