Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İrəvan dövlət universitetinin filologiya fakultəsinin dosenti, dilçi Narine Dilbəryanın bildirib.
"Tələbələr dəyirmi masada danışıqlara getməklə uduzmadılar. Əksinə onlar konstruktiv yaradıcı təkliflərlə çıxış etdilər. Onlar yalnız tələb edən yox, həmdə bu tələbi formalaşdıran olduqlarını sübut etdilər. Tələbələr erməni hakimiyyətini danışıqlara, dəyişikliklərə əl uzatmağa məcbur etdilər.
İndi top meydanın hakimiyyət olan tərəfindədir. Əgər araba yerindən tərpənsə, o zaman bu araba atəş arabasına, tanka çevrilə bilər. Gənclər göstərdi ki, əsl siyasi qüvvə cəmiyyətdir. Burada təşkilatlanmış siyasi ictimaiyyət və həm təhsili, həm məqsədi olan ictimaiyyətin bacarıqlı hissəsi toplaşıb. Bu gün siyasi partiyaların maye kimi meydanında bu doğrudan da ciddi bəyanatdır" - deyə Dilbəryan vurğulayıb.
Dosentin sözlərinə görə, tələbələr hakimiyyətə, güc və qüvvəyə qarşı mübarizə aparmaq olmaz düşüncəsini sındırdılar.
Alpər Mövludoğlu
Ordu.az