Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Ermənistanla Avrasiya İqtisadi Birliyi müqaviləsinin qüvvədən düşməsi üçün fəaliyyətə başlanması haqqında" parlamentin bəyanatı layihəsinin dinləmələri zamanı “Yelk” fraksiyasının deputatı Edmon Manukyan deyib.
"Avrasiya İqtisadi Birliyinə üzv olma nəticəsində 900-dək ilkin tələbat malları Ermənistan ərazisində bahalaşacaq. Bunlardan 759 adda mal artıq 2018-ci ilin 1 yanvar tarixindən bahalaşacaq. Buna görə də artıq biz bazarlarda bu bahalaşmanı hiss edirik", - deyə Manukyan vurğulayıb.
O qeyd edib ki, Avrasiya İqtisadi Birliyinin müqaviləsi ilə zəmantə verilmiş bir çox məqamlar pozulmaqla işçi qüvvəsini, malların maliyyə vəsaitlərini, xidmətlərin azad yerdəyişməsini təmin etmir və Avrasiya İqtisadi Birliyinə üzvlük Ermənistanın 3-cü ölkələrlə münasibətlərinə mane olur. O, həmçinin Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Qarabağ münaqişəsinin həllinə dəstək vermədiyini bildirib.
"Rusiya Azərbaycanı silahlandırmaqda davam edir. Biz müntəzəm olaraq kreditlə silah satın almaq üçün müqavilələr bağlaya bilmərik. İqtisadiyyat inkişaf etmədikcə biz o kreditləri ödəyə bilmirik", - deyə Manukyan etiraf edib.
Alpər Mövludoğlu
Ordu.az