Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayətində erməni ordusunun müqaviləli hərbi qulluqçusu qanunsuz ov etdiyinə görə məhkəməyə verilib.
İttihama görə, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Q. Martik ovu tamamilə qadağan edilmiş dağ keçisi ovlamaqla dövlətə 250 min dram ziyan vurub.
Fakt üzrə cinayət işi yekunlaşdırılıb və məhkəməyə göndərilib. Cinayət işinə Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində baxılacaq.
Alpər Mövludoğlu
Ordu.az