Ermənistan ordusunda hərbi xidmətdən yayınma FAKTLARI

2017/11/1479579203_15134246_590685327800772_111691538_n_1511599626.jpg
Oxunub: 572     18:19     25 Noyabr 2017    
Ermənistanın müdafiə nazirliyi və fövqəladə hallar nazirliyi əməkdaşlarının cinayət əməlləri aşkar edilib.

Ordu.az ermən i KİV-lərinə istinadən xəbər verir ki, aparılan istintaq araşdırmaları nəticəsində Ermənistan müdafiə nazirliyi və fövqəladə hallar nazirliyi əməkdaşlarının rüşvət almaq, rüşvət vermək, rüşvət verilməsinə vasitəçilik etmək, xüsusilə iri həcmli fırıldaqçılıq halları üzrə 7 nəfərə ittiham irəli sürülüb.

Aparılan araşdırmalara görə, Araqatsotn vilayətinin sakini, Talin şəhər komissarlığının zabiti Murad Poğosyanın çağırışçıya 3 il möhlət verilməsi müqabilində atası Aşot Xamoyana 6 min ABŞ dolları rüşvət verməsinə vasitəçilik edə biləcəyini təklif etdiyi sübut olunub. Lakin o, aldığı rüşvəti mənimsəyib.

Çağırışçı 2016-cı ilin dekabr ayında hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlı hesab olunub. Daha sonra müdafiə nazirliyinin həmin əməkdaşı çağırışının tam azad edilməsi üçün hərbi həkim komissiyasına əlavə 4 min ABŞ dolları verilməsi üçün aldatma yolu ilə Xamoyandan rüşvət verilməsini istəyib və eyni qaydada heç kimə heçnə vermədən pulu mənimsəyib.

Bundan başqa həmin çağırışçının atası Aşot Xamoyan artıq hərbi xidmətdə olan oğlunun pul müqabilində hərbi hospitala aparılması və imkan olduğu halda hərbi xidmətdən azad edilməsi işinin təşkili üçün Armavir vilayətinin Canfida kənd rəhbəri Kamsar Qorğanyanla razılığa gələrək, ona 1200 ABŞ dolları pul verib. Öz növbəsində Kamsar Qorğanyan məsələni həll etmək üçün aldığı rüşvəti Şuşa şəhər sakini Davit Hovsepyanın vasitəsilə Xankəndi hərbi hospitalının həkimi Karen Canikyana verib. Karen Canikyan rüşvətin müqabilində Xamoyanın oğlunun hərbi hissədən Xankəndi hərbi hospitalına gətirilməsini təşkil edib.

İstintaq araşdırmaları zamanı Kamsar Qorğanyanın daha bir cinayətinin üstü açılıb. Məlum olub ki, fövqəladə hallar nazirliyindəki tanışı Pap Epremyana rüşvət verməklə həmkəndlisi Azad Abrahamyanı adı çəkilən nazirliyə işə düzəltməyə cəhd edib. Fövqəladə hallar nazirliyinin əməkdaşı Pap Epremyan işə düzəltmək üçün Abrahamyandan 500 ABŞ doları alsa da belə bir səlahiyyəti olmadığına görə onu işə düzəldə bilməyib.

Beləliklə də qeyd olunan cinayət əməllərinə görə adları çəkilən şəxslərə qarşı cinayət işləri qaldırılaraq ittiham irəli sürülüb. Adları çəkilən şəxslərin cinayət işlərinin ilkin araşdırması başa çatıb.

İş məhkəmə prosesi icraatına göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Xidmətdən-yayınma  


Bizi "telegram"da izləyin