Haaqa tribunalı general Mladiçi ömürlük həbsə məhkum edib

2017/11/3456345_1511354781.jpg
Oxunub: 644     20:46     22 Noyabr 2017    
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalı, 74 yaşlı general Ratko Mladiçi Bosniya və Hersoqovinada törətdikləri hərbi cinayətlərə görə ömürlük həbsə məhkum ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Onu 11 bəndən 10-da, o cümlədən Srebrenitsada müsəlman soyqırımında və 1995-ci ildə Bosniya və Hersoqovinada BMT əməkdaşlarının əsir götürülməsində təqsirli biliblər. 1992-ci ildə Bosniya müsəlmanlarının və xorvatların soyqırımında isə generalı təqsirli bilməyiblər.

Müdafiə tərəfinin irəli sürdüyü yüngülləşdirici hallar hakimin hökmünə təsir etməyib. Söhbət Mladiçin zəif səhhətindən və yaşlı olmasından gedir. Həmçinin vəkillər onun bəzi qurbanlara yardım etməsini də sübut kimi təqdim etməyə çalışıblar.

Qeyd edək ki, Mladiç 1992-1995-ci illər ərzində Bosniya və Hersoqovinada silahlı qarşıdurmalar zamanı Bosniya serblərinin ordusuna komandanlıq edib. Haaqa məhkəməsi tərəfindən ilk təqsirləndirmə 1995-ci ilə təsadüf edir, bir il sonra isə Mladiç üçün beynəlxalq axtarış elan ediblər.

General həmin dövrdən gizlənərək keçmiş Yuqoslaviya ərazisində ən çox axtarışda olan hərbi cinayətkarlıqda şübhəli bilinən şəxs idi. 2011-ci ildə Serbiya hökuməti onu həbs edərək Haaqaya təhvil verdi.

Mladiçə dair məhkəmə prosesi 2012-ci ilin may ayında başlanıb. Prokurorluq onu soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibənin aparılması qanun və adətlərinin pozulmasında günahlandırıb.

Mladiç özünü təqsirli bilmirdi. Məhkəmə prosesi 530 gün davam edib və bu proses çərçivəsində 160-dan çox ittiham tərəfinin şahidi və 200-dən çox müdafiə tərəfinin şahidi iştirak edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mladiç   Cinayət   Haaqa  


Bizi "telegram"da izləyin