Yaponiya XİN: KXDR probleminin həlli üçün Moskva ilə müttəfiqlik zəruridir

2017/11/546456456456_1511352638.jpg
Oxunub: 452     20:07     22 Noyabr 2017    
"Yaponiya üçün Şimali Koreyaya təsiri son həddə çatdırmaq, onları öz siyasətlərini dəyişdirmək, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsini təmin etmək baxımından Rusiya və digər ölkələrlə əməkdaşlıq etmək zəruridir".

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono Moksvaya səfəri ərəfəsində bəyan edib.

“Şimali Koreyanın davamlı şəkildə nüvə və raket proqramı üzərində çalışdığı bir dövrdə dünya ictimaiyyəti birləşməli və sərt şəkildə Yaponiya və Rusiyanın ümumi məqsədi olan Koreya yarımadasının nüvəsizləşdirilməsini tələb etməlidirlər”, - deyə yaponiyalı nazir bildirib.

O qeyd edib ki, mahiyyət eribarilə Yaponiya ərazisi üzərindən keçən raketlər və Şimali Koreyanın nüvə sınaqları bütün dünya, o cümlədən Yaponiya və Rusiya üçün təhlükə mənbəyidir.

“Reallaşmaq üzrə olan təhlükəni zamanından öncə qarşılamalı və gerçəkləşməsinə yol verməməliyik”, - deyə Taro Kono vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin