Ruhani Soçi görüşündən gözləntiləri barədə danışıb

2017/11/4234234234_1511349228.jpg
Oxunub: 495     19:12     22 Noyabr 2017    
“Soçi görüşündə Suriyanın yaxşı gələcəyi üçün zəmin yaradılacaq”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani bəyan edib.

“Ümid edirik ki, bu gün baş tutan görüşdə qərarlar qəbul ediləcək və hər üç ölkənin Suriyanın yaxşı gələcəyi üçün zəmin hazırlayan yekun bəyannamələrini eşidəcəyik”, - deyə İran prezidenti hökumət kanalı olan “Telegram”ın efirində bildirib.

Ruhaninin sözlərinə görə, Suriyanın gələcəyi Suriya xalqının hüququdur və o, xarici qüvvələrin əlində olmayacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   Ruhani   Suriya-böhranı  


Bizi "telegram"da izləyin