İtkin düşən Argentina sualtı gəmisi aşkar edilib

2017/11/435345_1511348086.jpg
Oxunub: 455     18:55     22 Noyabr 2017    
Bir həftə öncə Atlantik okeanının cənub hissəsində itkin düşən Argentinaya məxsus “San-Xuan” sualtı gəmişi aşkar olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Clarin” nəşri məlumat yayıb.

Nəşrin müsahibinin sözlərinə görə, hidroradar suyun altında böyük metallik obyektin olmasını təsdiq edən infraqırmızı siqnal aşkarlayıb, lakin bu məlumatlar aşkar olunanın Argentinaya məxsus, yoxsa başqa gəmi olmasını dəqiqliklə müəyyənləşdirməyə imkan vermir. İndi məlumatın dəqiqləşdirilməsi üçün siqnal nöqtəsinə artarış gəmiləri göndərilib.

Həmçinin qeyd olunur ki, sualtı gəminin aşkarlandığı ərazi daha öncə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən müəyyənləşdirilən obyektin yeri ilə eynilik təşkil edir.

Noyabrın 15-də itkin düşən sualtı gəminin axtarışları böhran mərhələsinə qədəm qoyur, belə ki, onun oksigen ehtiyatları 7-10 gün üçün hesablanıb.
Qeyd edək ki, gəminin göyərtəsində 44 nəfər var.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin