Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə agentliyin İran xarici işlər nazirliyindəki mənbəsi bildirib.
“Bu gün İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə onun rusiyalı həmkarı Sergey Lavrov arasında Suriya məsələsinə dair Soçi sammitində ikitərəfli görüş baş tutacaq. Bu görüşdə tərəflər İranın nüvə proqramına dair bir sıra məsələləri müzakirə edəcəklər”, - deyə agentliyin müsahibi bildirib.
Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Daha öncə məlumat verildiyi kimi, görüşdə Astana formatına uyğun şəkildə Suriya böhranının tənzimlənməsi məsələsi müzakirə ediləcək.
Ağalar Qəribov
Ordu.az