Sualtı gəminin axtarışları zamanı ABŞ iri obyekt aşkar edib

2017/11/inx960x64034534_1511342746.jpg
Oxunub: 440     17:43     22 Noyabr 2017    
Atlantik okeanda Argentina sualtı gəmisinin axtarışlarını həyata keçirən ABŞ Hərbi Hava Qüvvələri təyyarəsinin ekipajı iri metallik obyekt aşkar edib.

Ordu.az “Moskovskiy komsomolets” nəşrinə istinadən xəbər verir ki, bu barədə Argentina KİV-ləri məlumat yayıb.

Bildirilir ki, obyekt Argentina sahillərindən 300 kilometr cənubda, 70 metr dərinlikdə yerləşir. Qeyd olunur ki, həmin əraziyə obyekti tətbiq və müəyyən etmək üçün kiçik sualtı gəmi göndərilib.

Öz növbəsində Argentina Hərbi Dəniz Qüvvələri bu məlumatı təsdiq etmirlər. Onlar bildirirlər ki, itkin düşmüş sualtı gəminin axtarışları böhranlı vəziyyətdədir. Belə ki, indiyə qədər gəmi ekipajının oksigeni bitməli idi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin