Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Daha öncə bildirilirdi ki, bu ərazilər daha öncə “Ən-Nüsra Cəbhəsi”nin rəhbərlik etdiyi “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının nəzarətində olub.
İŞİD “Həyat Təhrir əş-Şam”ın bu ərazini tərk etməsindən istifadə edərək Aliya, Sürüc, Əbu Mərv və Əbu Hanadik kəndlərində nəzarəti ələ keçirib. Suriya ordusu bu kəndlərdə “Həyat Təhrir əş-Şam”ın mövqelərinə müxtəlif cinahlardan hücuma keçiblər ki, bundan sonra terrorçular kəndləri tərk etmək məcburiyyətində qalıblar.
Hazırda Suriya ordusu “Həyat Təhrir əş-Şam”ı təqib etdiyindən boş qalan kəndlərə İŞİD hücum edərək nəzarəti ələ keçirib.
Ağalar Qəribov
Ordu.az