Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
İraq hərbçiləri Kərkükün qərb hissəsində xüsusi hərbi əməliyyat keçiriblər.
Hərbçilər bu ilin oktyabr ayında İŞİD terror qruplaşmasından azad edilən əl-Hüveycə şəhərinin işğalından sonra ərazidən qaçmağa çalışan dəstəni izləyib. Dəstənin bütün üzvləri elə oradaca məhv edilib.
Qeyd edilir ki, hökumət qüvələri Cəbal Cəmrinin şimalında, Adrian yaşayış məntəqisinin yaxınlığındakı neft yataqlarında İŞİD terrorçularının kütləvi şəkildə basdırıldıqları quyular aşkar ediblər. Bənzər hadisəylə son dövrdə ölkənin bütün ərazisində rastlaşmaq olar.
Ağalar Qəribov
Ordu.az