Ordu.az xəbər verir ki, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələri Baş qərargahı tərəfindən yayılan məlumatda bildirilir.
“General Hulusi Akar noyabrın 21-də Rusiya və İrandan olan həmkarları Valeri Gerasimov və Məhəmməd Hüseyn Bakəri ilə üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb”, - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş noyabrın 22-də Soçidə baş tutacaq. Kremlin mətbuat xidmətinin daha öncə məlumat verdiyi kimi, görüşdə Astana formatında Suriya məsələsinin tənzimlənməsi barədə danışıqlar aparılacaq.
Ağalar Qəribov
Ordu.az