Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini və Türkiyə hökumətinin mətbuat katibi Bəkir Bozdağ bildirib.
Baş nazirin müavini qeyd edib ki, NATO bu hadisəni ört-basdır etməyə çalışmamalıdır.
Bozdağ Norveç təlimlərində baş verən hadisəni NATO tarixinin ən böyük qalmaqallarından biri adlandırıb.
“Bu, yolverilməz haldır və icazə verilən bütün sərhədlərdən kənara çıxmadır”, - deyə Bozdağ vurğulayıb.
Suriya məsələsinin siyasi yolla tənzimlənməsini şərh edən mətbuat katibi qeyd edib ki, heç kəsin Ankaradan terror təşkilatının danışıqlarda iştirakına razılıq vercəyini gözləməyə ixtiyarı yoxdur.
“Türkiyənin bu məsələ ilə bağlı mövqeyi aydın və qətidir”, - deyə baş nazirin müavini qeyd edib.
Ordu.az