Sakit okean donanmasının qayıq əleyhinə böyük gəmisi “Admiral Panteleyev” və böyük dəniz tankeri “Boris Butoma” Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının 50 illiyi münasibətilə təşkil edilən hərbi-dəniz paradı üçün yollandıqları Tayland səfərindən geri qayıdıb.
Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Sakit okean donanmasının rəsmi nümayəndəsi Nikolay Voskresenskiy bəyan edib.
O qeyd edib ki, ASEAN paradından 18 ölkədən 25 döyüş gəmisi iştirak edib. “Admiral Panteleyev” isə parad zamanı kolonlardan birinə rəhbərlik edib.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Təlim
Tayland
Tanker
ASEAN