SQQ Həmanın şimal-şərqində yeni hücumlara başlayıb

2017/11/324234234_1511242134.jpg
Oxunub: 456     13:23     21 Noyabr 2017    
Suriya Quru Qoşunları Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Həma vilayətinin şimal-şərqində “Həyat Təhrir əş-Şam” terror təşkilatının üzərinə güclü hücuma keçib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular ötən həftənin bazar günü Həmanın 82 kilometrliyində yerləşən Şuhayter yaşayış məntəqəsinə hücum ediblər, lakin hücumun qarşısını almaq mümkün olub. Terrorçular hücum üçün minalanmış avtomobillərdən istifadə ediblər.

Daha öncə Suriya hökumət qüvvələri Həmanın şimal-şərqində yerləşən üç kənddən İŞİD-i çıxarmağa müvəffəq olub. “Həyat Təhrir əş-Şam”ın zəifləşmiş dəstələrinə qalib gəlməyin də çətinlik törətməyəcəyi güman edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İŞİD  


Bizi "telegram"da izləyin