NATO təlimlərində Türkiyəyə qarşı aparılan təxribatın üstünü kim açıb? - ARAŞDIRMA

2017/11/32190afe3fc98dd6abc65e33ab8c25292432_6044738196.jpg
Oxunub: 4991     21:25     20 Noyabr 2017    
NATO tərəfindən Norveçdə keçirilən "Trident Javelin-2017" təlimlərində yaşanan skandalın Türkiyə Silahlı Qüvvələrində xidmət edən mayor tərəfindən ortaya çıxarıldığı məlum olub.

Baş verən bu rəzil hadisənin, yəni Atatürk və Rəcəb Tayyib Erdoğana düşmən liderlər arasında yer verilməsi və onların hədəf olaraq göstərilməsi, əslində NATO-Türkiyə münasibətlərinin hansı şəkildə "inkişaf" etdiyinin göstəricisi idi.

Hazırda araşdırmalar davam edir, Türkiyədən üzr istəyənlərin sayı isə artır. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəni alyansın dəyərli tərəfdaşı adlandıraraq üzr istəsə də bu, vəziyyəti dəyişməyib. Norveçin müdafiə naziri Frank Bakke Yensen də, baş verən hadisəyə görə Türkiyədən üzr istəyib. O, bu hadisənin daxili kompüter sistemində baş verdiyini və bunun Norveçin rəsmi mövqeyi olmadığını bəyan edib. NATO-nun baş katibi Yens Stoltenberqın də əslən Norveçdən olduğunu nəzərə alarsaq, vəziyyətin nə qədər dramatik olduğu bütün çılpaqlığı ilə görərik.

Hadisə baş verdiyi anda ilk olaraq türkiyəli zabitlərin sayıqlığı nəticəsində proses aşkar edilib məlumat verilsə də bu zabit və ya zabitlərin şəxsiyyəti barədə məlumat verilmirdi. İndi isə, araşdırmalar nəticəsində bu xoşagəlməz skandal hadisəni aşkar edən zabitin kim olduğu məlum olub. Bu Türkiyə Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrində xidmət edən mayor Ebru Nilhan Bozkurt adında bir türk qadınıdır!

Mayor Bozkurt bir necə il əvvələ qədər çox əziyyətlərdən keçmiş bir hərbçidir. Kapitan rütbəsində olarkən Bozkurt dövlətə məxsus gizli sənədlərin əldə edilməsi, bəzi hərbi təyyarələrin şəklini çəkdiyi və ya çəkdirdiyi iddiası ilə FETÖ-çuların "Hərbi casusluq və şantaj" maddəsilə günahkar bilinərək, ümumilikdə 5 il 10 ay həbs cəzasına məhkum edilib. Bəziləri isə, onun haqqında tutulma qərarı çıxarılmadan öncə ölkədən xarici dövlətlərdən birinə getdiyi barədə iddialar da səsləndirirdi. Konsitutsiya Məhkəməsi bu iş üzrə günahlandırılan 43 zabitin hamısının hüquqlarının pozulduğu və onların həbsdən azad olunaraq xidmətlərinə bərpa olunması barədə qərar çıxardı. Xidmətinə bərpa olan xanım Bozkurt kapitan rutbəsində olma müddətini tamamlayaraq mayor rütbəsinə yüksəlir və Hərbi Dəniz Qüvvətlərində mühüm bir vəzifəyə təyin edilir.

Norveçdə keçirilən "Trident Javelin-2017" təlimlərində iştirak etmək üçün TSQ-nin Hərbi Dəniz Qüvvələrinin qərargah rəsi general-leytenent Cihat Yaycı tərəfindən təyin edilən mayor Ebru Nilhan Bozkurtun sayıqlığı nəticəsində Türkiyəni hədəf alan skandal ortaya çıxarılır.

Xanım Bozkurt, təlimlər üçün nəzərdə tutulan kompüter proqramında “facepage və chatter“ sosial səhifələrini nəzərdən keçirib təhlil edərkən bu biabırçılığın şahidi olub. Hər gün təqib etdiyi “facepage və chatter“ üzərindən Turkiyə prezidenti R.T. Ərdoqan adına saxta bir hesab açıldığının və bu hesab üzərindən “düşmən” qüvvələrlə silah alqı-satqısı barədə saxta mesajlar göndərildiyini və qəbul edildiyini aşkar edib.

Turkiyə prezidentinin adına göndərilən ismarıclardan birində Rusiya prezidenti Vladimir Putini təlimlərdə təmsil edən "prezident Yoaxim Bliksen"dən bəhs edilir. "Prezident Yoaxim Bliksen ilə sabah Stokholm iqamətgahında görüşəcəyik"-deyilir. "Dəyərli izləyicilər, Turkiyə Respublikası SAA 20 raketlərini alınması ilə bağlı FOS ilə (NATO-da ehtimal olunan düşmən ölkə, yəni Rusiya nəzərdə tutulur) razılığa gəldiyimizi elan etmək böyük məmnuniyyətdir. Bu səbəbdən prezident Bliksenə təşəkkür edirəm" deyə R.T.Ərdoğanın adından ismarıc yayımlanır və ismarıcın sonunda NATO-nu təhqir edən bir karikatura yerləşdirilir. Xatırladım ki, bu səhifədə ABŞ prezidenti Donald Trampın da adına saxta səhifə açılıb. Amma bu hesabdan NATO maraqlarına uyğun ismarıclar göndərilir və qəbul edilirdi.

Mayor Bozkurt "Mən Prezidentimin təhqirinə yol vermərəm" deyə əsl zabitə xas bir şəkildə çox kəskin və sərt reaksiya nümayiş etdirib və dərhal yuxarı komandanlığı məlumatlandırıb. Prezident R.T.Ərdoğan təlimlərdə iştirak edən 41 nəfərdən ibarət türk heyətinin təlimlərdən geriyə, Turkiyəyə qayıtmasına göstəriş verir. Əslində dünya NATO tərəfindən əsası qoyulan böyük bir skandalın şahidi olacaq. Sözdə və sənəddə rəsmi Ankaranın 65 illik müttəfiqi olan NATO-nun bu skandaldan bir neçə il əvvəl Türkiyədə həyata keçirdiyi çirkin oyunların qurbanı olaraq həyatı əzaba dönən mayor Bozqurtun savadlı sayıqlığı nəticəsində bütün dünya NATO-nun iç üzünü görə bildi.

Araşdırmalar tam başa çatmasada saxta hesab açan insanın kürd əslli norveçli bir zabit olduğu olduğu güman edilir. Həmin zabit dərhal ordu siralarından xaric olunub. 2015-ci il hadisələrindən sonra Turkiyədə hərbi xidmətdə olan 4 zabit və bir neçə mülki şəxsin Norveçdən sığınacaq alması və bu insanlarin sözügedən skandalla əlaqəsi də araşdırılma mövzusu olamalıdır.

İndi isə hadisələrin gedişatına bir qədər geniş nəzər salaq. Son zamanlar Türkiyə- ABŞ, Türkiyə-NATO, Turkiyə-Avropa Birliyi münasibətləri kifayət qədər gərgin olduğu heç kimə sirr deyil.

Əlavə olaraq Türkiyə hazırda PKK ilə, FETÖ ilə, Kipr və Yunanıstan ilə, İrak və Suriyada qurulması planlanan "Böyük Kürdüstan" təhdidləri ilə mübarizə aparır. Bu mübarizədə nə ABŞ, nə NATO, nə də 54 il qapısında gözlətdiyi Avropa Birliyi Turkiyəyə dəstək vermədilər. Əksinə ABŞ və Avropa PKK və FETÖ-nu dəstəklədilər, onları silahla, təlimlə, sığınacaqla və qoruma ilə təmin etdilər. Nato və Avropa Birliyi Şərqi Ağ dəniz, Kipr və Egey dənizi ilə bağlı problemlərinin həlində bu günə qədər bir dəfə də olsun Turkiyənin lehinə qərar qəbul etmək üçün cəhd belə göstərməyib. Son 15 ildə Avropa Birliyinin yayımladığı Dəniz səlahiyyət zonaları xəritəsində Turkiyə Antalya körfəzində həbs edilmiş durumdadır.

Turkiyənin ABŞ-dan "Partiot" HHM və RƏM sistemlərini illərdir ki, ala bilməməsi sonunda Türkiyəni Rusiyadan S-400 ZRK almağa məcbur etdi. Bu məlumatlar KİV-lərdə dərc olunan kimi ilk əks-reaksiya verən NATO Hərbi Komitəsinin rəhbəri çex əsilli general Petr Paveldən gəldi: "Hər bir ölkə hava sahəsini müdafiə etmək üçün HHM sistemləri əldə etmək üçün müstəqil qərar verə bilər, lakin sonra bu qərarların nəticələrinə də müstəqil hazır olmalıdırlar". Bu isə Turkiyəyə "əba altında zopa" göstərmək idi. Niyə NATO Yunanıstan da eyni sistemin əvvəlki modeli olan S-300ZRK alarkən eyni mövqedən çıxış etmədi? İndi Norveçdəki NATO təlimlərində baş verən skandal ilə Turkiyənin Rusiyadan alınan S-400 ZRK (sadəcə S-400 ZRK əvəzinə təlimdə SAA 20 raketinin alınması qeyd olunur. Bu isə təlimlər üçün normal haldır. Yer, silah və s. adlar dəyişdirilə bilər) arasında paralellər aparsaq görərik ki, bu hadisələr heç də təsadüfi deyil. İki skandal hadisənin müxtəlif əməkdaşlar tərəfindən eyni vaxtda törədilməsi, raketlərin alqı- satqısına dair Türkiyə prezidentinin Rusiya prezidenti ilə yazışması bu hadisələrin eyni mərkəzdən idarə olunduğunu göstərir. İstənilən hərbi təşkilatda sıradan bir əməkdaş qərar qəbul edərkən bu, yuxarı komandanlıqla razılaşdırılır. Razılaşma isə, o vaxt baş tutur ki, təqdim edilən sənəd ümumi konsepsiya və ya qərara uyğun gəlsin. Ən alt mövqedə vəzifə tutan iki əməkdaşı işdən atmaqla bu skandal bitməz.

NATO-nun 65 illik müttəfiqi olan Türkiyəni məcburi bir kəbində saxlaması çox çətin məsələyə bənzəyir.

Türkiyə üçün bu skandalın ölkənin iqtidar partiyasının və iki ən böyük müxalifət partiyalarının birləşməsi ilə nəticələnəcək. Bu skandalın üstünü açan xanım Bozkurta gəlincə Türkiyə höküməti yəqin ki, xanım Bozqurtun xidmətlərini lazımınca qiymətləndirəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   İSVEÇ   Türkiyə  

NATO təlimlərində Türkiyəyə qarşı aparılan təxribatın üstünü kim açıb? - ARAŞDIRMA

2017/11/32190afe3fc98dd6abc65e33ab8c25292432_6044738196.jpg
Oxunub: 4992     21:25     20 Noyabr 2017    