Dünyanın ən böyük dirijablı “Airlander 10” qəzaya uğrayıb

2017/11/Airlander5645_1511175853.jpg
Oxunub: 828     19:04     20 Noyabr 2017    
İngiltərənin Kardinqton aerodromunda dünyanın ən böyük dirijablı “Airlander 10” qəzaya uğrayıb.

Ordu.az “Voenno-promışlennıy kuryer” nəşrinə istinadən xəbər verir ki, bu barədə BBC agentliyi məlumat yayıb.

Ötən həftənin cümə günü bənzərsiz uçuş qurğusu olan “Airlander 10” Qrinviç vaxtı ilə saat 15:11-də Kardinqton aerdromundan havaya qalxıb və bir saat davam edən uğurlu uçuşdan sonra elə orada yerə düşüb. Bundan sonra hava gəmisi dor ağacına bağlanıb.

Aparata sahib olan “Hybrid Air Vehicles” şirkəti bəyan edib ki, dirijablın gövdəsinin küləkdən zədələnməsi ən ağlabatan versiyadır. Qəza sistemi gellə dolu rezervuarlarda təzyiqi aşağı salıb və dirijabl özü yerə düşüb.

“Qəza sistemi belə hallarda ətraf mühitə zərər dəyməsinin qarşısını almaq üçün proqramlaşdırılıb. Hazırda aparatın üzlüyü yerə sərilib və aerdromun kənarına bərkidilib. Dirijablda olan gel və yanacaq ehtiyatları isə təhlükə kəsb etmirlər. Biz tam yeni növ uçuş aparatlarının sınaqlarını aparırıq və hazırlanma mərhələsində belə hadisələrin olması mümkündür”, - deyə şirkətin mətbuat xidməti bildirib.

İstehsalçıların sözlərinə görə, hazırda onlar qəzanın səbəblərini araşdırır və bərpa işlərinin həcmini müəyyənləşdirməyə çalışırlar.

“Airlander 10” HAV 304 dirijablının hərbisizləşdirilmiş versiyasıdır və ABŞ ordusunun tələbatları üçün hazırlanıb. Dirijabl 2012-ci ildə “Hybrid Air Vehicles” şirkəti tərəfindən yaradılıb və uğurlu sınaqlardan sonra ABŞ Müdafiə Nazirliyi sınaqları dayandırıb, çünki göstərilənləri dirijiablı silahlanmaya əlavə etmək üçün yetərli bilib.

“Airlander 10” ilk dəfə havaya 2016-cı ilin avqustunda qalxıb. İlk uçuş uğurlu keçib, ikinci uçuş zamanı isə dirijabl teleqraf dirəyinə ilişərək yerə düşüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İngiltərə   “Airlander-10   Dirijabl  


Bizi "telegram"da izləyin