Rusiya, Türkiyə və İran prezidentlərinin Soçidə Suriya məsələsinin tənzimlənməsinə dair keçiriləcək sammitdə nümayəndə heyətlərinin tərkibində yüksək vəzifəli hərbçilər də yer alacaq.
Ordu.az news.rambler.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
“Bəli, iştirak edəcəklər”, - deyə Uşakov bu barədə verilən suala cavabında bildirib.
Lakin, nümayəndə heyətlərinin tərkibində dəqiq olaraq hansı hərbçilərin yer alacağı barədə Uşakov məlumat verməyib.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya-böhranı
Soçi