Argentina HDQ “San-Xuan” gəmisinə aid peyk siqnalları aşkarlayıb

2017/11/17-11_Submarino_1-134534_1511162626.jpg
Oxunub: 1538     15:22     20 Noyabr 2017    
““San-Xuan” gəmisinin göyərtəsindən 7 peyk çağırışının gerçəkləşməsi faktı aşkarlanıb, bu isə gəminin əlaqə yaratmaq cəhdlərindən xəbər verir. Biz siqnalın dəqiq yerinin aşkarlanması üzərində çalışırıq”.

Ordu.az flot.com saytına istinadən xəbər verir ki, bu barədə Argentina Hərbi Dəniz Qüvvələrinin rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Siqnallar noyabrın 18-də saat 10:52 ilə 15:42 (Bakı vaxtı ilə 17:52 və 22:42) arasında 4 saniyədən 36 saniyəyədək davam edib.

Hazırda bu, sualtı gəminin ekipajının sağ olmasına dair yeganə sübutdur.

Ötən həftəni şənbə günü Argentina Hərbi Dəniz Qüvvələri gəminin yerləşə biləcəyi axtarış rayonunun 80 faiz ərazisini tədqiq etsələr də, heç bir iz aşkarlanmadı.

Ekspertlərin fikrincə, əgər sualtı gəmi qəza nəticəsində suyun dibinə ensəyi, onu yalnız 4 gün ərzində xilas etmək mümkün olardı.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HDQ   San-Xuan   Sualtı  


Bizi "telegram"da izləyin