“Kürdlərlə mübahisəli ərazilər dinc yolla ələ keçirilib” – Abadi

2017/11/orig-151082305320abf564bd5b72be6c00b108c7f39e423454_1510830814.jpeg
Oxunub: 580     19:11     16 Noyabr 2017    
“Kürdlərlə mübahisə obyektinə çevrilən ərazilər hökumət qüvvələri tərəfindən dinc yolla ələ keçirilib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İraq baş nazirinin hər həftə keçirilən brifinqində əl-Abadi jurnalistlərə ölkənin şimal ərazilərinin ələ keçirilməsi zamanı kürd peşmərgələri ilə qarşıdurma yaşanmadığını bildirib.

Abadi həmçinin qeyd edib ki, Bağdad İraq Kürdüstanı ilə qarşıdurma arzulamır və sülh yolu ilə mübahisəli kürd rayonlarında federal hökumət qanunları tətbiq edir.

Bu yaxınlarda baş nazir Ərbildən kürd muxtariyyətinin 2003-cü ildəki sərhədlərə qaytarılmasını tələb edib.

Daha öncə xəbər verilirdi ki, Kərkükdə 200 minə yaxın kürd bölgəni tərk edərək Ərbil və Süleymaniyyəyə qaçıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq-Kürdüstanı   Abadi  


Bizi "telegram"da izləyin