Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.
“Orada çoxlu anlaşılmaz məqamlar var idi. Biz baş vermiş pozuntular barədə çoxsaylı məlumatlar almışıq”, - deyə Peskov qeyd edib.
Peskov bu sözləri Kremlin Nikol Paşinyanın elan etdiyi qələbəni niyə tələsik təbrik etməyəcəyi barədə suala cavab olaraq səsləndirib.
O əlavə edib ki, məhz buna görə Moskva seçkilərin yekun rəsmi nəticələrinin açıqlanmasını gözləməyi düzgün hesab edir.
Alpər Mövludoğlu
Ordu.az