Kreml Paşinyanı təbrik etməzdən əvvəl seçkilərin rəsmi nəticələrini gözləyəcək

2026/06/1781004594.jpg
Oxunub: 300     15:31     09 İyun 2026    
“Rusiya Ermənistanda keçirilən səsvermənin rəsmi nəticələrinin açıqlanmasını gözləyəcək və yalnız bundan sonra Nikol Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib-etməmək məsələsinə baxacaq”.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib.

“Burada vacib olan yekun rəsmi nəticələri gözləməkdir”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

“Biz hər halda hansısa rəsmi yekunların açıqlanmasını gözləməyi üstün tuturuq”, - deyə o əlavə edib.

Peskovun sözlərinə görə, səsvermə zamanı Ermənistandan çoxsaylı pozuntu xəbərləri daxil olduğuna görə rəsmi məlumatlar indi xüsusi əhəmiyyət kəsb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Paşinyan   Peskov  


Bizi "telegram"da izləyin