Nail Şükürov: "Regiondakı gənclər süni intellekt alətləri barədə kifayət qədər məlumatlı deyil"

2026/06/45646-1781002930.jpg
Oxunub: 251     14:50     09 İyun 2026    
Gənclər süni intellekt alətlərindən təhlükəsiz və məsuliyyətli istifadə etməlidir.

Ordu.az xəbər verir ki, bunu Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt intensiv müxtəlif sahələrin işində, xüsusilə gündəlik həyatda artıq əsas bir qüvvəyə çevrilib:

"Düzdür, desək ki, ölkədə bütün gənclər süni intellekt alətlərindən tam şəkildə istifadə edir, yalan olar. Çünki xüsusilə regionda yaşayan gənclərimizin hələ ki, bu süni intellekt alətlərinin bir çoxundan məlumatları yoxdur. Əsas hədəflərdən biri bu istiqamətdə faydalı və davamlı təsir imkanlarına malik addımlar atmağımızdır".

O qeyd edib ki, gənclər süni intellekt alətlərindən, həllərindən təhlükəsiz, məsuliyyətli, süni intellektin etik prinsiplərinə uyğun olaraq istifadə etməlidir:

"Bəzən hansısa bir yenilik olanda onun faydalı tərəfindən çox, daha çox mənfi tərəfindən istifadəyə fokuslanırıq. Bu da fəsadlara yol açır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nail-Şükürov   Süni-zəka  


Bizi "telegram"da izləyin