Deputat süni intellektdən müsbət istiqamətdə istifadəyə çağırış edib

2026/06/1781002744.jpg
Oxunub: 293     14:42     09 İyun 2026    
Süni intellektin köləsinə çevrilmədən onu idarə etmək və müsbət istiqamətdə yararlanmaq vacibdir.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti süni intellektin inkişafı ilə bağlı mühüm addımlar atıb:

"Ancaq bununla kifayətlənmək olmaz. Maarifləndirmə işlərinə üstünlük verilməlidir. Təəssüf ki, bəzən süni intellektdən mənfi istiqamətlərdə istifadə edilir. İnsan hüquqlar pozulur, gənclər tənbəlləşir. Lakin bu o demək deyil ki, biz inkişafdan geri qalmayaq. Süni intellektdən daha müsbət istiqamətlərdə istifadə edilməlidir".

N.Həmzəyev bildirib ki, hər kəs süni intellekti öz həyatının yaxşılaşdırılmasına, gücləndirilməsinə, imkanlarının artırılmasına cəlb etməlidir:

"Bu sahəni tam nəzarətdə saxlamaq mümkün deyil. Çünki bu alətlər əlimizdə deyil. Biz onlarla əməkdaşlıq etməyə, hansısa birgə alətləri yaratmağa məcburuq. Süni intellektin təqdim etdiyi məlumatlara tam inanmaq olmaz. Özümüz araşdırıb istifadə etməliyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Deputat   Süni-zəka  


Bizi "telegram"da izləyin