Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb

2024/06/1718694961.jpg
Oxunub: 385     11:03     18 İyun 2024    
İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayişçilər hökumət başçısının iqamətgahına qanunsuz daxil olmağa cəhd ediblər.

Xatırladaq ki, iyunun 14-də polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə 4 nəfəri saxlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İqamətgah  


Bizi "telegram"da izləyin