UNRWA: Münaqişə kəskinləşəndən bəri Qəzzada azı 193 əməkdaş ölüb

2024/06/1718694883.jpg
Oxunub: 271     10:57     18 İyun 2024    
Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmağa başladığı vaxtdan bəri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) azı 193 əməkdaşı Qəzza zolağında ölüb.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qəzza zonası humanitar təşkilatların əməkdaşları üçün işləmək baxımından ən təhlükəli yerdir. Müharibə başlayandan bəri UNRWA-nın 193 əməkdaşı öldürülüb - bu, BMT tarixində ən yüksək itkidir”, - agentliyin “X” sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   İsrail   UNRWA  


Bizi "telegram"da izləyin