KİV: Kisida və Şolts müdafiə əməkdaşlığını müzakirə edəcəklər

2024/06/92e10-1718688033.jpg
Oxunub: 319     08:18     18 İyun 2024    
Yaponiyanın Baş naziri Fumio Kisida iyul ayında Almaniyaya səfər etmək, kansler Olaf Şoltsla ikitərəfli, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq barədə müzakirələr aparmaq niyyətindədir.

Ordu.az NHK telekanalına istinadən xəbər verir ki, hazırda Yaponiya hökuməti səfərə müvafiq hazırlıq işləri aparır.

Paralel olaraq, Tokio Kisidanın iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinə səfərinə hazırlıq görür. Yaponiyanın Baş naziri Almaniyaya səfərini ABŞ-yə səfərlə birləşdirmək niyyətindədir.

Telenakanal Kisida və Şoltsun müzakirə edə biləcəyi məsələlər arasında Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna ətrafındakı vəziyyəti, təhlükəsizlik sahəsində əməkdaşlığın və Pekinin hərbi fəallığını artırdığı Şərqi Asiyadakı vəziyyəti sadalayır. Bundan əlavə, tərəflər iqtisadi təhlükəsizlik, o cümlədən yeni texnologiyalar və süni intellekt, həmçinin mineral ehtiyatlar, yarımkeçiricilər üçün sabit təchizat zəncirlərinin təmin edilməsi mövzusuna toxunacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kisida   Şolts  


Bizi "telegram"da izləyin