Putin: "ABŞ dünyada müstəmləkə diktaturası nizamı tətbiq etmək istəyir"

2024/06/1718687690.jpg
Oxunub: 311     05:48     18 İyun 2024    
ABŞ dünyada ikili standartlara əsaslanan qlobal neokolonial diktaturadan başqa bir şey olmayan nizam tətbiq etmək üçün mübarizə aparır.

Ordu.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın dövlət qəzeti "Nodon şinmun" üçün məqalədə çıxış edib.

Putin həmçinin bildirib ki, ABŞ-nin yanaşması ilə razılaşmayan ölkələr sərt xarici təzyiqlərlə üzləşirlər. Onun fikrincə, müstəqil siyasət aparan, Amerika yanaşması ilə razılaşmayan ölkələr getdikcə daha sərt xarici təzyiqlərlə qarşılaşırlar.

Prezidentin sözlərinə görə, KXDR uzun illərdir ABŞ-nin iqtisadi təzyiqlərinə, təxribatlarına, şantajlarına və hərbi təhdidlərinə baxmayaraq, öz maraqlarını effektiv şəkildə müdafiə edir.

“Sevindirici haldır ki, koreyalı dostlarımız ABŞ-nin uzun illər iqtisadi təzyiqlərinə, təxribatlarına, şantajlarına və hərbi təhdidlərinə baxmayaraq, öz maraqlarını eyni dərəcədə effektiv şəkildə müdafiə edirlər”, - Rusiya lideri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   ABŞ  


Bizi "telegram"da izləyin