Fransa mərkəzi və qərbi Afrikadakı kontingentini 600 hərbçiyə endirəcək

2024/06/1718687374.jpg
Oxunub: 276     03:42     18 İyun 2024    
Fransa mərkəzi və qərbi Afrikadakı hərbi kontingentini bir neçə yüz nəfərə qədər azaltmaq niyyətindədir.

Ordu.az-ın məlumatına görə, bu barədə AFP mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Fransa hakimiyyəti Qabonda 100-ə yaxın hərbçi (hazırda ölkədə 350 nəfər var), Seneqalda 100 nəfəri (indi 350 nəfər var), Kot-d'İvuarda 100 nəfəri (bu gün 600 nəfərlə müqayisədə) və hazırda 1 000 fransız hərbçinin olduğu Çadda təxminən 300 nəfəri saxlamaq niyyətindədir.

Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumata şərh verməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Afrika   Kontingent  


Bizi "telegram"da izləyin