Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib

2024/01/65a50-1705315468.jpg
Oxunub: 345     19:22     17 İyun 2024    
Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib.

Ordu.az xəbər verir ki, bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

“Son il yarım ərzində biz Avropa ərazisində, əsasən Polşa, Almaniya, İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik”, - van der Laan bildirib.

Onun sözlərinə görə, təlim proqramı il yarım əvvəl başlayıb və təşkilat bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Təlim  


Bizi "telegram"da izləyin