Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günüdür

2018/08/Milli-1535608738_1535613986.jpg
Oxunub: 2381     15:25     30 Avqust 2018    
Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günüdür.

O, avqustun 30 - u 1972-ci ildə Bakı şəhərində doğulub. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub.

1991-ci ilin mayında könüllü olaraq orduya yazılır. Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılır. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edir. 1992-ci ilin martında yeni tapşırıq alır: "Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır".

Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurur.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. O, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Qəhrəman   Rövşən-Əliyev  


Bizi "telegram"da izləyin