Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, keçidinə icazə verilən gəmilərin sayı artırılıb, lakin gəmiçilik fəaliyyətinin dayanmaması üçün müəyyən sayda gəminin hər gün boğazdan keçməsi zəruridir.
Məlumata görə, SEPAH hərbi dəniz qüvvələrinin fəaliyyəti nəticəsində İranın müəyyən etdiyi marşrut üzrə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti təmin olunub.
Bəyanatda qeyd edilib ki, gəmilərin boğazdan keçidi sürətlənib, lakin bu, müharibədən əvvəlki şəraitə qayıdış anlamına gəlmir. Müharibəni təşviq edən ölkələrlə əlaqəli hərbi və digər gəmilərin keçidinə isə icazə verilmir.
SEPAH vurğulayıb ki, İranın nəzarətində olan zonaya hər hansı gəminin icazəsiz daxil olmasının qarşısı alınacaq.
Sevinc Əliyeva
Ordu.az