“Rusiyanın Ermənistan haqqında dediklərini bütün qonşuları eşitdi” - Zelenski

2026/05/1780162563.jpg
Oxunub: 540     12:56     31 May 2026    
“Rusiyanın hazırda Ermənistan haqqında səsləndirdiyi fikirlər əslində təkcə Ermənistana aid deyil”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya indi Ermənistana əvvəlkindən daha açıq şəkildə təhdidlər səsləndirir.

“Rusiyanın Ermənistan haqqında dediklərini onun bütün qonşuları eşitdi. Ermənistan xalqı öz ölkəsinin gələcəyini seçmək hüququna malik yeganə tərəfdir. Rusiyanın Ermənistan haqqında dedikləri əslində yalnız ona aid deyil. Hamı təhlükəsizlik haqqında daha çox düşünməli, siyasi tərəfdaşlıqların işləməsi, müasir müdafiə sənayesinin və müdafiə imkanlarının yaradılması, həmçinin maksimum dərəcədə şaxələndirilmiş iqtisadi əlaqələrin qurulması üçün daha çox birgə addımlar atmalıdır”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti ümid etdiyini bildirib ki, Avropanın, xüsusilə də Avropa İttifaqının bu məsələlərdə mövqeyi prinsipial, güclü və vaxtında olacaq.

“Heç kim dəstəksiz qalmamalıdır. Avropa xalqlarından və ölkələrindən heç birini itirmək hüququna malik deyil. Ermənistana dəstək verilməlidir. Moldovaya dəstək verilməlidir. Baltik ölkələrinə dəstək verilməlidir. Azərbaycana dəstək verilməlidir. Gürcüstan xalqına dəstək yolları tapılmalıdır. Bu, ümumi Avropa vəzifəsidir. Heç kim itirilməməlidir”, - deyə Zelenski vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin