Ordu.az xəbər verir ki, bunu seçkiqabağı təşviqat kampaniyası zamanı Ermənistanın Baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının namizədlər siyahısına rəhbərlik edən Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, uzun müddət Ermənistanı hansısa dəhlizi təhvil verməyə hazırlaşmaqda ittiham etsələr də, bu sənəd mövcud olmayan həmin mövzunu gündəmdən çıxarıb.
Paşinyan xatırladıb ki, bundan sonra ABŞ Prezidenti Donald Tramp Ermənistanı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi qiymətləndirib.
“Bu, Ermənistanın rolunun artması deməkdir. Beynəlxalq tərəfdaşlar bildiriblər ki, Ermənistan Qərbdən Şərqə ən qısa yolun keçdiyi məkanda yerləşir. Bu marşrut Şirak, Lori və Tavusdan keçir. Bu isə o deməkdir ki, yaxın zamanda biz təkcə cənub deyil, şimal istiqamətində də dəmir yolunu açacağıq.
Biz iki xətti, İcevan-Hrazdan və Vanadzor-Gümrü xətlərini birləşdirəcəyik və ən qısa dəmir yolu marşrutunu əldə edəcəyik. Digər tərəfdən beynəlxalq investorlar Şirak, Lori və Tavusdan keçəcək yeni ödənişli avtomobil yolunun tikintisini təklif edirlər”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az