Ordu.az xəbər verir ki, bunu “Birliyin Qanadları” Partiyasından deputatlığa namizəd, erməni iqtisadçı David Ananyan Zəngəzurda keçirilən seçkiqabağı kampaniya zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan enerji və turizm sahələrində də Rusiyadan ciddi şəkildə asılıdır.
Ananyan qeyd edib ki, bu asılılıq xüsusilə son 6-7 ildə daha da dərinləşib.
“Rusiya qarşısında müəyyən məsələlər qaldıra bilərsən, amma düşmənçilik edib, küsülü gəlin kimi hər şeyi atıb getmək olmaz”, - deyə o bildirib.
Ananyanın sözlərinə görə, Ermənistan Avropanın ayrı-ayrı ölkələri ilə, xüsusilə müttəfiq və dost hesab etdiyi Fransa və Yunanıstan kimi dövlətlərlə münasibətləri inkişaf etdirməlidir.
Deputatlığa namizəd vurğulayıb ki, yeni bazarlara çıxış əldə etmək üçün iqtisadi məhsullar Avropa standartlarına uyğunlaşdırılmalıdır.
O hesab edir ki, bu proqram tamamilə realdır və onun həyata keçirilməsi üçün sadəcə peşəkar və bilikli kadrlara ehtiyac var.
Alpər Mövludoğlu
Ordu.az