“Gürbağ Savunma ve Teknoloji”dən Hidrogen Buraxılış Texnologiyalı İki Yeni Sistem: MM-GIDS və “Hydro-Launch”

2023/12/gfg-1701674260.jpg
Oxunub: 713     11:44     04 Dekabr 2023    
Hidrogen əsaslı buraxılış xüsusiyyətinə sahib ağıllı müdafiə sistemi “Hydro-GIDS” (“Gürbağ Intelligent Defence System”/Gürbağ Ağıllı Müdafiə Sistemi) ilə dünyada yeni bir ilkə imza atan “Gürbağ Savunma ve Teknoloji” yeni hazırladığı MM-GIDS və “Hydro-Launch” ilə müdafiə və aviasiya sənayesindəki mövqeyini gücləndirir.

MM-GIDS “Hydro-GIDS”dən daha uzun mənzilli sursat və raketləri buraxa bilir, “Hydro-Launch” isə çəkisi 500 kq-a qədər olan ağır sinif sursatları buraxa bilər. Yerli və milli məhsul portfelini genişləndirən “Gürbağ Savunma ve Teknoloji” sektorun kritik ehtiyaclarını innovativ məhsullarla qarşılayır. “Gürbağ Savunma ve Teknoloji” müdafiə və aviasiya sənayesində fəaliyyətə başladığı 2020-ci ildən etibarən innovativ yanaşmaları və məhsulları ilə sənayenin əhəmiyyətli paydaşlarından birinə çevrilməyi bacarıb.

Ötən il təqdim etdiyi ağıllı müdafiə sistemi “Hydro-GIDS”in sınaqlarını uğurla davam etdirən şirkət GIDS ailəsinin ən yeni üzvləri olan MM-GIDS və “Hydro-Launch” sistemlərini də ilk dəfə IDEF-də təqdim edir. “Hydro-GIDS” ilə müqayisədə daha uzun mənzilli sursat və raket atma qabiliyyətinə malik olan MM-GIDS adi sahələrdə istifadə üçün hazırlanıb. “Hydro-Launch” isə 50-dən 500 kq-a qədər olan ağır sinfə məxsus “gəzən sursatlar”ı buraxa bilir.


MM-GIDS ilə hibrid Hava Hücumundan Müdafiə (HHM) qabiliyyəti

Adi sahələrdə istifadə üçün hazırlanan MM-GIDS 12,7 mm çapındakı üçlüləli pulemyot sayəsində dəqiqədə 1500 atəş aça bilir. Çox alçaq hündürlükdə HHM raketlərini buraxma qabiliyyətinə də malik olan MM-GIDS sistemə inteqrasiya edilən kəşfiyyat və müşahidə PUA-sı sayəsində istifadəçiyə yüksək situasiya məlumatlılığı təmin edir. Həyata keçirilən yeniliklə müxtəlif növ “gəzən sursat”ları inteqrasiya edə bilən sistem bu sayədə hava, quru və dəniz hədəflərini də vura bilir. Sınaq fəaliyyətlərinə yeni başlanılan MM-GIDS “gəzən sursat”larla hava hədəflərinin məhv edilməsi sahəsində böyük uğur qazanıb.

“Hydro-Launch” ilə 200 kq buraxılış qabiliyyəti uyğunlaşdırılıb

Klassik buraxılış texnikaları yerinə sursatın hidrogendən istifadə edərək buraxılmasını təmin edən “Hydro-Launch” da şirkətin digər yeni məhsuludur. “Hydro-GIDS” ailəsində çəkisi 50 kq-a qədər olan “gəzən sursatlar”ın buraxılışı həyata keçirilə, “Hydro-Launch” isə 500 kq-a qədər olan ağır sinfə məxsus “gəzən sursat”ları buraxa bilər. Sistemin bu yaxınlarda sınaqdan keçirilməsi zamanı 200 kq-a qədər buraxılış qabiliyyəti təsdiqlənib. Bu sahədə əsas məqsəd 1500 kq-a qədər olan sursatları buraxa bilməkdir. Genişləndirilə bilən bir quruluşa sahib olan “Hydro-Launch” bir çox fərqli platformada istifadə üçün nəzərdə tutulub.

Riskləri minimuma endirən sistem

NATO üzvü olan ölkələrdə qanadlı raketlər kimi ağır tipli sursatların buraxılması üçün raket mühərrikinin buraxılış sistemi daxilində işə salındığı isti buraxılış (“hot launch” və ya “hard launch”) texnikasından istifadə edilərkən, Şərq Bloku ölkələrində soyuq buraxılış (cold launch) texnikasından istifadə edilir. Hər iki buraxılış texnikasında aşağıdakı kimi çatışmazlıq yaradan müxtəlif risklər var:

- İstifadə olunan pirotexniki qazlar nəticəsində partlayış,
- Buraxılışdan sonra sursatın uçuş mühərrikinin işləməməsi,
- İsti səbəbindən buraxılış zamanı əsas daşıyıcı platformanın zədələnməsi və sensorların nasaz hala gəlməsi.


“Hydro-Launch” sistemində isə sursatın buraxılması partlayıcı maddə istifadə olunmadan, sadəcə hidrogen ilə həyata keçirildiyindən, risklər minimuma endirilir.


Hədəf VLS-lərində də “Hydro-Launch”dan istifadə

Digər tərəfdən “Gürbağ Savunma ve Teknoloji” döyüş gəmilərindəki gəmi əleyhinə raketlərin hidrogenlə buraxılması üçün də işlərini davam etdirir. Bu məqsədlə şirkət yaxın vaxtlarda “Hydro-Launch” sistemindən 800 kq sinfində faydalı yükləri buraxmağı planlaşdırır. “Hydro-Launch” sisteminin ən böyük istifadə sahələrindən birinin Türkiyə Hərbi Dəniz Qüvvələri başda olmaqla onlarla ölkənin donanmalarında istifadə edilən isti buraxılış xüsusiyyətlərinə malik şaquli buraxılış sistemləri (Vertical Launch System/VLS) olması hədəflənir.

İnkişaf etdiriləcək sistem miqyaslandırılan bilən olacağından, hidrogen buraxılış sistemi sayəsində hücum gəmiləri kimi kiçik platformalara belə VLS inteqrasiyası mümkün olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hidrogen   MM-GIDS  


Bizi "telegram"da izləyin