İlon Maskın “Neuralink” şirkəti ilk beyin implantasiyası əməliyyatına hazırlaşır. “Neuralink” şirkətinin ilk beyin çipi əməliyyatı üçün könüllülərdə axtardığı şərtlər açıqlanıb.
“Neuralink” iflic xəstə axtarır
“Bloomberg”in məlumatına görə, “Neuralink” yaşı 40-dan aşağı olan, hər iki qolu və ya ayağı iflic olan yetkin axtarır. Əməliyyat beyinə nazik naqillər və elektrodlar daxil etmək üçün insanın kəllə sümüyünün böyük bir hissəsinin çıxarılmasını tələb edəcək.
Qeyd olunub ki, kəllə sümüyündən çıxarılan hissə bir neçə il orada qalacaq kiçik çiplə əvəz olunacaq.
Xırda dəmir pul ölçüsündə olacaq
Çipin xırda dəmir pul ölçüsündə olacağı və taxılan xəstənin beyin fəaliyyətini oxuyacağı bildirilib. Daha sonra beyin dalğalarından əldə edilən məlumatlar kompüter və ya planşetdə izləniləcək.
Bu beyin implantının kompüter vasitəsilə insanın düşüncələrini əmrlərə çevirməyə kömək edəcəyi gözlənilir.
Şirkət çip quraşdırmağa hazırdır
İllərlə aparılan işlərdən sonra “Neuralink” şirkətinin beyin çipini insanlar üzərində sınaqdan keçirməyə hazır olduğu bildirilib.
Strategy Vision