“Alpin” Pilotsuz Helikopteri

“Alpin” aşkarlama, müşahidə, kəşfiyyat və logistik dəstək kimi vəzifələri yerinə yetirə bildiyi üçün həm hərbi, həm də mülki əməliyyatlar üçün istifadə edilə bilər.
“Alpin” Pilotsuz Helikopterinin ümumi xüsusiyyətləri:
Ölçülər: 7,21 m uzunluq, 2,47 m hündürlük, 1,64 m en, 6,27 m əsas rotor diametri, 1,08 m quyruq rotorunun diametri
Yükgötürmə qabiliyyəti: 200 kq
Maksimum uçuş çəkisi: 550 kq
Xidmət tavanı: 21,000 fut (6400 m)
Maksimum hava sürəti: 203 km/saat (110 düyün)
Naviqasiya sürəti: 107 km/saat (58 düyün)
Havada qalma müddəti: 9+ saat
İdarəetmə radiusu: 200 km
Yanacaq növü və tutumu: Benzin (95 oktan) / 175 lt
Havada qalma müddəti: 60 kq-da 7+ saat, 100 kq-da 5+ saat, 150 kq-da 2+ saat
“Alpin”in missiya qabiliyyətləri:
Gecə/gündüz kəşfiyyat, aşkarlama və axtarış (ISR)
Xüsusilə gecə vaxtı zəif görünmə şəraitində əməliyyat
Radioelektron müharibə əməliyyatı üçün sensor inteqrasiyası
Avtonom nəqliyyat və yük çatdırılması
GNSS olmayan bir mühitdə uçuş qabiliyyəti
Geniş avtopilot qabiliyyəti
Görmə xəttindən kənarda işləmə qabiliyyəti (BLOS)
Geniş ərazinin xəritəsi
“Alpin” helikopterində qeyd olunan əməliyyat imkanları ön plana çıxır. Tam avtonom enmə-qalxma və missiya icra etmə qabiliyyətinə malik olan bu helikopter -10 C/+50 C diapazonunda fəaliyyət göstərə bilir. “Alpin” saatda 37 km sürətlə küləyə qarşı missiyasını yerinə yetirə bildiyi halda, 15 m²-lik bir sahədə qalxıb enə bilir.
“Alpin”in avtopilot sisteminin qabiliyyətləri:
Tam avtonom enmə-qalxma və naviqasiya/əl ilə idarəetmə
Avtomatik stabilləşdirmə ilə yarımavtonom idarəetmə
Çoxlu hədəf koordinat girişi
Evə qayıtma (RTL) xüsusiyyətləri
Real vaxtda missiyanın planlaşdırılması
Ətalətli naviqasiya sistemi (INS)
Əlavə avtopilot sistemi
Tapşırığın ləğvi xüsusiyyəti
Faydalı yükə nəzarət və vəziyyətin monitorinqi
Ağıllı coğrafi sərhədləmə və qadağan edilmiş bölgələrdən qaçmaq imkanı
Asqıda qalma (Hover), hündürlük qoruma (Altitude hold), diametr ətrafında fırlanma rejimləri (Pirouette)
Müştərinin tələbinə uyğun olaraq genişləndirilə bilən avtopilot infrastrukturu
Bundan əlavə, “Alpin” EO/IR kameraları, SAR radarı, silah sistemləri, rabitə releləri kimi müxtəlif faydalı yük variantları sayəsində termal və gecə görmə kameraları ilə 24/7 nəzarət, kənd təsərrüfatı tətbiqləri, yaxın döyüş dəstəyi, meteoroloji araşdırma, axtarış-xilasetmə və mobil baza stansiyası kimi vəzifələri də yerinə yetirə bilir.

“Alpin”i fərqləndirən ən mühüm missiya seçimlərindən biri də təhlükəsizlik qüvvələri üçün döyüş sursatı və fəlakətlərdən sonra qida təchizatı kimi məqsədlər üçün istifadəsidir. Çevik avionika arxitekturası sayəsində müxtəlif konfiqurasiyalarda elektron sistemlər “Alpin”ə daxil edilə bilər.
Uçuş-enmə zolağı və ya hava limanlarının olmadığı dağlıq ərazilər kimi yerlər üçün uyğun istifadəyə sahib olan bu helikopter Süni Zəka (SZ) ilə dəstəklənən görüntü işlənməsi xüsusiyyətinə və avtomatik hədəf aşkarlama, tanıma alqoritmlərinə malikdir. Bundan əlavə, məlumat/video bağlantısı, dost-düşmən tanıma (IFF), uçuş məlumatlarının qeydə alınması və peyk rabitəsi (SATCOM) “Alpin” pilotsuz helikopterinə daxil olan avionik sistemlər arasındadır.

İlk uçuşunu 2020-ci ildə edən “Alpin” uyğun görüldüyü təqdirdə ilk olaraq Türkiyə Quru Aviasiya Komandanlığının inventarına daxil ediləcək. Sərt hava şəraitinə davamlı və gecə-gündüz işləyə bilən “Alpin” 2021-ci ildə Antalyanın Manavgat ilçəsində baş verən meşə yanğınları zamanı yüksək keyfiyyətli termal kamera və sensorları sayəsində ani görüntüləri yanğına nəzarət mərkəzinə ötürüb. Meşə Ümumi Müdirliyinin icarəyə götürdüyü “Alpin” qəza nəticəsində meşə sahəsinə düşüb.

Dəyanət Ağalarlı
Ordu.az