VATOZ: Bütün növ silah və sensorlar tez və asanlıqla inteqrasiya ediləcək

2023/10/2023--1698309736.jpg
Oxunub: 28754     19:42     26 Oktyabr 2023    
ASELSAN tərəfindən əməliyyat mərkəzlərinin və döyüş gəmilərinin komanda və idarəetmə ehtiyaclarını qarşılamaq üçün hazırlanan VATOZ arxitekturası sayəsində hər cür silah və sensorun tez və asanlıqla inteqrasiyasına imkan verir.

VATOZ proqram təminatı məhsul xətti hər cür suüstü, sualtı və sabit platformalarda lazımi tapşırıqların idarə edilməsi, komanda-nəzarət və döyüş idarəetmə funksiyalarını yerinə yetirə bilən, ASELSAN tərəfindən orijinal olaraq hazırlanan proqram təminatı məhsul xəttidir. Dəniz bazası müdafiə əməliyyatları mərkəzləri və döyüş gəmilərinin komanda və nəzarət ehtiyaclarını qarşılamaq üçün hazırlanıb.

VATOZ proqram təminatı məhsul xəttinin inkişaf etdirilməsi üzrə tədqiqatlar 2008-ci ildə başlayıb. Məhsul xəttindən çıxan ilk məhsul 2010-cu ildə Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığına təhvil verilən “Tuzla” sinfinə məxsus patrul gəmisinin komanda və idarəetmə ehtiyaclarını qarşılayır. VATOZ 2010-cu ildə Türk Patent İnstitutu tərəfindən ticarət nişanı kimi qeydiyyata alınıb. 2011-ci ildə həyata keçirilən Türkiyənin ilk döyüş gəmisi ixracatında da komanda və idarəetmə ehtiyaclarını qarşılamaq üçün VATOZ proqram təminatı məhsul xəttindən çıxarılan bir məhsulundan istifadə edilib.

VATOZ-dan istifadə edən platformalar aşağıdakılardır: 2 ədəd Türkiyə HDQ Komandanlığı Dəniz Bazası (“Yunus” layihəsi/“Aksaz” – “Foça” Sualtı və Suüstü Aşkarlama və Müşahidə Sistemi)

• 16 ədəd 57 m “Tuzla” sinfinə məxsus patrul gəmisi
• 10 ədəd 57 m patrul gəmisi (Türkiyənin ilk döyüş gəmisi ixracatı)
• 6 ədəd 33 m yüksək sürətli patrul qayığı (ixracat)
• “IFF Mod5” modernləşdirməsi çərçivəsində Türkiyə HDQ Komandanlığının inventarında olan 43 platforma

VATOZ-un arxitekturası və imkanlarına aşağıdakılar daxildir:

• Açıq Arxitektura Hesablama Mühiti (OACE) standartına uyğunluq
• Məlumata əsaslanan arxitektura
• Paylanmış sistem arxitekturası
• Platforma tələblərinə uyğun ölçülə bilən struktur


Silah və sensorlar

• Açıq Standart Orta Təbəqə
• Fərqli Əməliyyat Sistemi Dəstəyi
• Çoxlu Dil Dəstəyi
• Beynəlxalq HMI və simbologiya standartlarına uyğunluq


VATOZ istifadə edildiyi platformalarda bütün sensor və silah sistemləri ilə tələb olunan funksiyaları yerinə yetirmək üçün inteqrasiya fəaliyyətlərini uğurla həyata keçirib. VATOZ sahib olduğu arxitekturası sayəsində hər cür yerli və xarici silah və sensorların tez və asanlıqla inteqrasiyasını təmin edir.

VATOZ komponentlərinə aşağıdakı başlıqlar daxildir:

Resursların İdarə Edilməsi

• Sistem İdarəetməsi
• Verilənlər Bazasının İdarə Edilməsi
• İstifadəçi İdarəetməsi
• Bildirişlərin İdarə Edilməsi
• Döyüş İdarəetməsi
• Ətraf Mühitin İdarə edilməsi
• Səyahət İdarəetməsi
• Marşrutun Planlaşdırılması
• Müşahidə
• Situasiya Məlumatlılığı
• Taktiki Qarşılıqlı Fəaliyyət


VATOZ proqram təminatı məhsul xəttinə inteqrasiya olunmuş silah sistemləri, SAM raketləri və SSM raketləri ilə atış sınaqları uğurla həyata keçirilib. “Yunus” layihəsi çərçivəsində istifadə edilən VATOZ istifadəçi ehtiyaclarına uyğun olaraq tələb olunan bütün əlavə tələblər də daxil olmaqla, əməliyyat ehtiyaclarını qarşılamaq üçün hazırlanıb və təhvil verilib.

Əməliyyat və tapşırıqların insansız vasitələrlə yerinə yetirilməsi istiqamətində strateji yanaşma baxımından süstü və sualtı insansız platformalar üçün VATOZ proqram təminatı məhsul xəttində də planlar hazırlanıb. İnsansız vasitələrin uzaqdan idarəetmə mərkəzlərində lazım olan missiya planlaşdırma proqram təminatlarının və inansız vasitələr üçün lazım olan komanda idarəetmə proqram təminatlarının VATOZ məhsul xəttindən çıxarılması istiqamətində işlər davam etdirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: VATOZ   ASELSAN  


Bizi "telegram"da izləyin